İsraildə COVID-19 qurbanlarının sayı 265-ə çatıb

#
# 02:54
15 may 2020

İsraildə təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 12 nəfər artaraq 16 579-a çatıb, bir COVID-19 xəstəsi ölüb, ümumi ölüm sayı isə 265 nəfər olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, İsraildə 3793 nəfər koronavirus xəstəsi var, onlardan 60-ı ağır vəziyyətdədir, 50 nəfər isə süni tənəffüs aparatlarına qoşulub. Ümumilikdə 12 527 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR