İsraildə bir gündə 1883 nəfərdə koronavirus aşkarlanıb

İsraildə bir gündə 1883 nəfərdə koronavirus aşkarlanıb
# 21 iyul 2020 22:51 (UTC +04:00)

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1883 nəfər artaraq ümumilikdə 53 559-a çatıb. Həmçinin eyni diaqnozdan 9 nəfər ölüb, ölənlərin ümumi sayı 424 olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 30 488 koronaviruslu xəstə var, onlardan 256 nəfəri ağır vəziyyətdədir, daha 77 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 22 647 nəfər müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR