İsraildə dini bayram zamanı yaranmış izdiham nəticəsində ölüm sayı 44-ə çatıb - YENİLƏNİB - VİDEO

İsraildə dini bayram zamanı yaranmış izdiham nəticəsində ölüm sayı 44-ə çatıb - YENİLƏNİB - VİDEO
# 30 aprel 2021 08:16 (UTC +04:00)

İsraildə dini mərasim zamanı yaranmış izdiham nəticəsində 44 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bundan əvvəl 38 nəfərin öldüyü deyilirdi.

***

Saat 04:49

İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 38 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Haaretz” qəzeti həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 60-dan çox insan yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

Bundan əvvəl The Times of Israel” 28 nəfərin ölməsi barədə məlumat vermişdi.

Bayram təşkilatçıları tədbirdə 100 mindən çox insanın iştirak etdiyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR