İsraildə koronavirusa yoluxanların sayı 13 mini ötüb

İsraildə koronavirusa yoluxanların sayı 13 mini ötüb
# 18 aprel 2020 11:29 (UTC +04:00)

İsraildə son sutka ərzində koronavirusa yoluxanların sayı 250-dən çox artıb, daha 10 nəfər ölüb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, ümumilikdə virusa yoluxanların sayı 13 107 nəfərə, ölənlərin sayı isə 158-ə çatıb. İsraildə koronavirusdan 3 247 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR