İsraildə matəm elan olunub

#
# 14:24
30 aprel 2021

İsrailin Baş naziri Binyamin Netanyahu Meron dağı bölgəsində baş vermiş faciə ilə əlaqədar mayın 2-sini matəm günü elan edib.

APA-nın məlumatına görə, bu barədə Baş nazir videomüraciətində bildirib.

Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 44 nəfər ölüb, 150 nəfər yaralanıb.

Azərbaycan XİN də faciə ilə əlaqədar İsrailə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR