İstanbulda Türkiyə-Əfqanıstan-Pakistan XİN başçılarının görüşü keçiriləcək

İstanbulda Türkiyə-Əfqanıstan-Pakistan XİN başçılarının görüşü keçiriləcək
# 22 aprel 2021 11:38 (UTC +04:00)

Sabah İstanbulda Türkiyə-Əfqanıstan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın yeri bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, toplantı çərçivəsində Əfqanıstanda sülh prosesi, üç ölkə arasında təhlükəsizlik, enerji, qanunsuz miqrasiya məsələləri müzakirə ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun əfqanıstanlı və pakistanlı həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi də bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR