KİV: ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

#
# 07:16
6 avqust 2020

Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətindəki qeyri-qanuni ABŞ hərbi bazası raket atəşinə tutulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın “Al-Watan” qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, Əl-Şəddadi şəhərində qanunsuz yerləşdirilən ABŞ hərbi bazasına naməlum şəxslər tərəfindən atəş açılıb.

Qeyd edək ki, son aylarda mediada Suriyanın Əl-Haseke və Deyr əz-Zor əyalətlərində naməlum bölmələrin ABŞ hərbi qüvvələrinə hücumları barədə müntəzəm məlumatlar yayılır. Lakin Pentaqon bu məlumatı təkzib edir. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR