KİV: Çin ABŞ-a məxsus şirkətlərin qara siyahısını hazırlayır

KİV: Çin ABŞ-a məxsus şirkətlərin qara siyahısını hazırlayır
# 22 sentyabr 2020 02:07 (UTC +04:00)

Çin hakimiyyəti ABŞ-a məxsus texnologiya şirkətlərini qara siyahıya alır, lakin siyahının nə vaxt açıqlanacağı ilə bağlı hələlik bir qərar verilməyib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, rəsmi Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarına cavab verməyə çalışır, eyni zamanda ABŞ-ın gördüyü tədbirlərdən daha sərt olacaq tədbirlərə əl atmaq istəmir.

Pekin Amerika şirkətlərinin qara siyahısını yaratmaq niyyətini ilk dəfə 2019-cu ilin mayında, Vaşinqtonun Çinə məxsus telekommunikasiya şirkəti “Huawei Technologies”ə məhdudiyyətlər qoymasından bir müddət sonra elan edib. Qəzetin yazdığına görə, son həftələrdə Çində xüsusi qurumlararası qrup “sanksiyaların tətbiq oluna biləcəyi Çin şirkətləri ilə bağlı ABŞ-ın siyahısına cavab” kimi “etibarsız təşkilatlar” siyahısının tərtib edilməsi işini sürətləndirib. Çin rəsmiləri “indi bu siyahının nə vaxt açıqlanacağını müzakirə edir və bəziləri bunun ABŞ-da keçiriləcək seçkilərdən əvvəl açıqlanacağını düşünmür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR