KİV: Çin əsir götürdüyü 10 Hindistan hərbçisini azad edib

KİV: Çin əsir götürdüyü 10 Hindistan hərbçisini azad edib
# 19 iyun 2020 11:06 (UTC +04:00)

Çin 15-16 iyun tarixlərində Şərqi Ladakxe bölgəsində baş vermiş toqquşmalarda əsir götürdüyü 10 nəfər Hindistan hərbçisini azad edib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Hindistanın “Telegraph” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, azad edilənlər arasında bir nəfər polkovnik-leytenant və üç mayor rütbəsində olan hərbçilər var.

Bundan əvvəl NDTV telekanalı Çin ordusu ilə toqquşmada Hindistan Silahlı Qüvvələrinin ən azı 76 hərbçisinin xəsarət alması, 20 nəfərin ölməsi ilə bağlı məlumat yayıb. Çin ordusunun itkiləri isə 45-ə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR