KİV: Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış nəticəsində 7 nəfər ölüb

KİV: Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış nəticəsində 7 nəfər ölüb
# 26 sentyabr 2020 23:16 (UTC +04:00)

Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib.

APA SANA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.

Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR