KİV: Britaniya səfiri İranı tərk edib

KİV: Britaniya səfiri İranı tərk edib
# 15 yanvar 2020 15:59 (UTC +04:00)

Böyük Britaniyanın səfiri Robert Makeyr İranı tərk edib.

APA-nın xəbərinə görə, bu iddia ilə “İranın səsi” teleradio şirkəti çıxış edib.

“Tasnim” agentliyi də R. Makeyrin ölkəni tərk etdiyi barədə məlumat yayıb.

Xatırladaq ki, Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr yanvarın 12-də Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR