KİV: İranın raket qüvvələri döyüşə hazır vəziyyətdədir

#
# 02:01
6 yanvar 2020

İranın raket atıcılığı qüvvələri yüksək nüvə hazırlığı vəziyyətinə gətirilib.

APA xəbər verir ki, bu barədə “Reuters” ABŞ-dan olan məxfi yüksək çinli mənbəyə istinadən məlumat yayıb.

“Görünən odur ki, yüksək hazırlıq vəziyyətindədirlər. Bunun döyüş hazırlığı, yoxsa müdafiə xarakteri daşıdığı məlum deyil”, - deyə mənbə agentliyə bildirib.

Həmin mənbə hər hansı detallar barədə məlumat verməyib, ancaq əlavə edib ki, ABŞ hadisələrin gedişatını diqqətlə izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR