Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə parlamentinə təqdim edilib

Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə parlamentinə təqdim edilib
# 30 dekabr 2019 18:33 (UTC +04:00)

Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı yanvarın 2-də TBMM-in iclası keçiriləcək.

Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb. Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR