Misir Prezidentinin oğlu Rusiyada hərbi attaşe təyin edilib

#
# 16:53
23 noyabr 2019

Misir Prezidenti Abdel Fəttah as-Sisinin oğlu bu ölkənin Rusiyadakı səfirliyində hərbi attaşe təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə “Mada Masr” portalı məlumat yayıb.

Nəşr yazır ki, Ümumi Kəşfiyyat Xidmətində vəzifə tutan Mahmud as-Sisi 2020-ci ildə uzun müddətə Rusiyaya göndəriləcək.

Misir hökuməti bununla bağlı hələlik rəsmi məlumat verməyib.

Qeyd edək ki, Mahmud as-Sisi bundan öncə Ümumi Kəşfiyyat Xidmətində KİV-lərə bağlı sahəyə məsul olub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR