Misirdə qəzaya uğrayan qatarda ölənlərin sayı 23 nəfərə çatıb

#
# 05:17
21 aprel 2021

Aprelin 18-də Misirdə Əl-Mansur şəhərindən Qahirəyə gedən sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb, 139 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, qəza ilə bağlı səhlənkarlıq və təlimatları yerinə yetirməmək ittihamı ilə 23 nəfər həbs edilib. 

İstintaqın ilkin açıqlamasına görə, qatar təmir işləri aparılan ərazidə sürət həddi 30 km/saat olduğu halda, 120 km/saat sürətlə hərəkətdə olub. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR