Nazir müavini: “İranda koronavirus qurbanlarının sayı açıqlanan statistikadan iki dəfə çoxdur”

Nazir müavini: “İranda koronavirus qurbanlarının sayı açıqlanan statistikadan iki dəfə çoxdur”
# 14 oktyabr 2020 14:44 (UTC +04:00)

“İranda koronavirus qurbanlarının sayı açıqlanan statistikadan iki dəfə çoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarına görə, yalnız test cavabları pozitiv çıxan koronavirus xəstələrinin ölüm statistikası açıqlanır: “İranda da statistik məlumatlar digər ölkələrdə olduğu kimi açıqlanır. Halbuki koronavirusdan ölənlərin sayını elan olunan statistikadan 2 qat artıq hesab etmək olar”.

İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari isə qeyd edib ki, İranda gündəlik koronavirusa yoluxanların və xəstəxanaya yerləşdirilənlərin statistikası son bir ayda artmaqdadır: “Koronavirusdan ölənlərin sayı da kəskin artıb”.

Xatırladaq ki, ötən gün İranda COVID-19-a yoluxma nəticəsində 254 nəfər ölüb və xəstəlikdən ölənlərin ümumi sayı 29 070 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR