Nazirlik: Beyrutdakı partlayışda ölənlərin sayı 171 nəfərə çatıb

Nazirlik: Beyrutdakı partlayışda ölənlərin sayı 171 nəfərə çatıb
# 11 avqust 2020 17:25 (UTC +04:00)

Beyrut limanında baş verən partlayış nəticəsində ən azı 171 nəfər həlak olub.

APA-nın "Sky News Arabia" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.

Qeyd edək ki, ötən gün BBC Beyrutun qubernatoru Marvan Abbuda istinadən partlayış nəticəsində 200-dən çox insanın öldüyünün ehtimal olunduğu barədə məlumat yayıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR