Pakistanda 5,2 mindən çox insan koronavirusa yoluxub

Pakistanda 5,2 mindən çox insan koronavirusa yoluxub
# 13 aprel 2020 01:32 (UTC +04:00)

Pakistanda son bir gündə daha 219 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə yoluxanların ümumi sayı 5230-a çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Pakistan hökumətinin koronavirusla mübarizə üçün yaradılmış informasiya saytında məlumat yayılıb.

Bildirilir ki, İslamabadda 119, Sind əyalətində 1411, Pəncab əyalətində 2805, Bəlucistanda 228, Xayber Paxtunxvada 697, Qilqit-Baltistan və Azad-Kəşmirdə müvafiq olaraq 224 və 40 yoluxma halı qeydə alınıb. Virusa yoluxma nəticəsində 91 nəfər ölüb. Gün ərzində tam müalicə olunanların sayı 226 nəfər artaraq 1028-ə çatıb.

Bütün epidemiya dövründə ölkədə 61801 koronavirus testi keçirilib, son bir gündə - 2805 test.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR