Pandemiya səbəbindən Çində ÜDM 6,8% azalıb

Pandemiya səbəbindən Çində ÜDM 6,8% azalıb
# 17 aprel 2020 08:14 (UTC +04:00)

Çində yanvar-mart ayları ərzində ÜDM koronavirus pandemiyası fonunda 6,8% azalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Statistika İdarəsi məlumat yayıb.

Beləliklə, ölkədə ÜDM 2020-ci ilin birinci rübündə təxminən 2,92 trilyon dollar olub. Bu dövrdə xidmət sektoru 5,2% azalaraq 1,73 trilyon dollar, sənaye 9,6% azalaraq 1,04 trilyon dollar, kənd təsərrüfatı sektoru 3,2% azalaraq 142,82 milyard dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR