Papua-Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ olub
# 08 iyun 2020 05:36 (UTC +04:00)

Yeni Britaniya adasında yerləşən Papua-Yeni Qvineyada 5,9 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Kokopo şəhərindən 132 km cənub-qərbdə, ocağı isə 52,8 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra dağıntılar və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR