Pekində koronavirusun yayılması nəzarət altına alınıb

Pekində koronavirusun yayılması nəzarət altına alınıb
# 22 iyun 2020 14:42 (UTC +04:00)

Çinin paytaxtı Pekin şəhərində koronavirusun yayılması nəzarət altına alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər administrasiyasının informasiya idarəsinin rəhbəri Syuy Xetszyan keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Pekində yeni aşkar olunan yoluxma hallarının sayı müəyyən dərəcədə azalıb.

"Koronavirusun yayılma tendensiyasını dayandırmışıq, vəziyyət əlverişli bir istiqamətdə inkişaf edir, ancaq epidemioloji vəziyyətin ciddi və mürəkkəb olaraq qaldığını anlamaq lazımdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Çində koronavirusa 18 yoluxma halı aşkarlanıb, onlardan 9-u Pekində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR