Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb

#
# 11:41
17 dekabr 2019

Paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Sabiq prezident vətənə xəyanətdə təqsirli bilinib. 

Qeyd edək ki, 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Xatırladaq ki, o, Pakistanın 12-ci prezidentidir. General P. Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR