Ruhani: “ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”

Ruhani: “ABŞ-ın danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir”
# 24 iyun 2020 11:47 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani müəyyən şərtlərlə rəsmi Tehranın Vaşinqtonla danışıqlara başlaya biləcəyini deyib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani bu barədə televiziyada çıxışı zamanı bildirib.

“Vaşinqton üzr istəyib nüvə sazişinə dair öhdəliklərini yerinə yetirərsə və 2015-ci il müqaviləsindən çıxmasına görə Tehrana kompensasiya ödəyərsə, o zaman ABŞ-la danışıqlar aparmaqla bağlı heç bir problemimiz qalmaz”, - deyə H. Ruhani qeyd edib.

İran Prezidenti vurğulayıb ki, ABŞ-ın Tehrana danışıqlarla bağlı çağırışları sadəcə söz naminədir və yalandır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR