Ruhani: "ABŞ koronavirusla mübarizədə İrana kömək etmək istəyirsə, sanksiyaları ləğv etməlidir"

Ruhani: "ABŞ koronavirusla mübarizədə İrana kömək etmək istəyirsə, sanksiyaları ləğv etməlidir"
# 23 mart 2020 17:42 (UTC +04:00)

“ABŞ koronavirusla mübarizədə İrana kömək etmək istəyirsə, o zaman sanksiyaları ləğv etməlidir”.

APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran Prezidenti Həsən Ruhani televiziyada çıxışında deyib. O bildirib ki rəsmi Tehran Vaşinqtonun humanitar yardım təklifini qəbul etmək niyyətində deyil: “Amerika liderləri yalan danışırlar. Əgər onlar İrana kömək etmək istəyirlərsə, onların atacağı addım sanksiyaları aradan qaldırmaqdan ibarətdir. Daha sonra biz koronavirusla mübarizə apara bilərik".

Xatırladaq ki, Vaşinqton İrana humanitar yardım təklif etsə də, İranın Ali dini lideri Ayətullah Xamenei bu təklifi rədd etdiklərini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR