SEPAH Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb

SEPAH Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb
# 11 yanvar 2020 14:29 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə İranın Hava kosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və ölkələrin səlahiyyətlilərinin qəbul edəcəyi istənilən əmrləri yerinə yetirməyə hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR