SEPAH-ın vertolyotu qəzaya uğrayıb

SEPAH-ın vertolyotu qəzaya uğrayıb
# 24 mart 2020 14:57 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) məxsus vertolyot qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın Quru Qoşunlarının Həmzə Seyyidüş-Şühəda Qərargahından bildirilib ki, hadisə bu gün səhər ölkənin şimal-qərbində baş verib.

Məlumata görə, vertolyotdakı şəxslər arasında xəsarət alan olsa da, ölüm qeydə alınmayıb.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR