Şimali Koreya nüvə silahını inkişaf etdirməyə davam edir

#
# 05:20
4 avqust 2020

“Şimali Koreya nüvə silahını inkişaf etdirməyə davam edir və bəzi ölkələr bu dövlətin artıq miniatür nüvə qurğusuna sahib ola biləcəyinə inanır” 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin məxfi hesabatında bildirilib.

Məlumata görə, BMT-nin sanksiyalara nəzarət edən müstəqil ekspertlərinin hesabatında bir sıra ölkələrin Şimali Koreyada son 6 nüvə sınağının "ballistik raket başlıqlarına yerləşdirilə bilən miniatür nüvə qurğusunun" inkişaf etdirilməsinə kömək etdiyi iddia edilir. 

Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın Sanksiyalar Komitəsinə aralıq hesabat təqdim edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR