Şri-Lanka prezidenti parlamenti buraxıb

Şri-Lanka prezidenti parlamenti buraxıb
# 03 mart 2020 07:18 (UTC +04:00)

Şri-Lanka Prezidenti Qotabay Rajapaksa parlamentin buraxılması barədə sərəncam imzalayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli “Ada Derana” nəşri rəsmi məlumat dərc edib.

Sərəncama görə, prezident Şri Lanka Demokratik Sosialist Respublikası Konstitusiyasının 70-ci maddəsini əsas tutaraq, bu il aprelin 14-də ölkədə yeni parlament seçkilərinin keçiriləcəyini elan edib.

Yeni parlamentin ilk iclası isə mayın 14-nə təyin edilib.

Qeyd edək ki, martın 12-dən 19-dək namizədlərin qeydə alınması həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR