Səudiyyə Ərəbistanı koronavirusla əlaqədar G20-nin zirvə görüşünü çağıracaq

Səudiyyə Ərəbistanı koronavirusla əlaqədar G20-nin zirvə görüşünü çağıracaq
# 17 mart 2020 04:22 (UTC +04:00)

Səudiyyə Ərəbistanı koronavirusun yayılması fonunda vəziyyəti müzakirə etmək üçün yaxın günlərdə Böyük iyirmiliyin (G20) iclasını çağıracaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançesin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir Pedro Sançeslə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Baş nazir vəliəhd şahzadə ilə koronavirusun yaratdığı qlobal sosial-iqtisadi böhranı müzakirə edib.

Tərəflər dünya liderlərinin koronavirus təhlükəsini birlikdə qarşılamağa hazır olduqlarını beynəlxalq birliyə açıq və inandırıcı şəkildə izah etməyin lazım olduğu və vəziyyəti qiymətləndirərək yol xəritəsinin hazırlığı barədə də danışıblar.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi təkliflə razılaşdıqlarını və yaxın günlərdə G20 zirvəsini çağıracaqlarını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR