Suriya İsrailin hücumunu dəf edərkən göyərtəsində 172 sərnişin olan təyyarə vurulmaq təhlükəsindən son anda xilas olub

Suriya İsrailin hücumunu dəf edərkən göyərtəsində 172 sərnişin olan təyyarə vurulmaq təhlükəsindən son anda xilas olub
# 07 fevral 2020 11:06 (UTC +04:00)

Suriyanın hava məkanından istifadən edən sərnişin təyyarəsi Rusiyanın bu ölkədəki Xmeymim aviabazasına təcili eniş edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ötən gün İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd “F-16” qırıcısı Suriyanın paytaxtı Dəməşqin ətrrafına qəfil hava zərbələri endirib. Buna cavab olaraq, Suriya hava hücumundan müdafiə sistemi işə düşüb. Bu zaman isə Tehrandan gələn “Airbus-320” sərnişin təyyarəsi Dəməşq beynəlxalq hava limanına eniş etməyə hazırlaşıb.

İ. Konaşenkov qeyd edib ki, hava limanının dispetçerlərinin operartiv fəaliyyəti və avtomatlaşdırılmış hava nəqliyyatına nəzarət sisteminin effektivi işi nəticəsində vurulmaq təhlükəsindən xilas olan sərnişin təyyarəsi ərazidən uzaqlaşdırılıb və hava nəqliyyat vasitəsi Xmeymim aviabazasına eniş edib.

Təyyarədə 172 sərnişin olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR