Suriya ordusu İdlibin strateji hesab edilən Sarakib şəhərinə daxil olub

Suriya ordusu İdlibin strateji hesab edilən Sarakib şəhərinə daxil olub
# 06 fevral 2020 07:32 (UTC +04:00)

Suriya ordusu İdlib əyalətindəki Sarakib şəhəri üzərində tam nəzarəti ələ keçirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hərbi mənbələrdən məlumat verilib.

Bildirilir ki, Sarakib şəhəri İdlibə sahib olmaq üçün açar rolunu oynayır. Şəhər M4 (Latakiya - Hələb) və M5 (Dəməşq - Hələb) beynəlxalq yollarının kəsişməsində yerləşdiyinə görə strateji əhəmiyyətə malikdir.

Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarı Vladimir Putini və Suriya Prezidenti Bəşər Əsədi İdlib vilayətində hücumu dayandırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR