Suriyada hökumət qüvvələrinin mövqelərinə gün ərzində iki dəfə hücum edilib

Suriyada hökumət qüvvələrinin mövqelərinə gün ərzində iki dəfə hücum edilib
# 21 yanvar 2020 02:36 (UTC +04:00)

Terrorçu qruplar Suriyada hökumət qüvvələrinin mövqelərinə gün ərzində iki dəfə hücum ediblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Suriyadakı münaqişə tərəflərinin barışıq mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov brifinqdə bildirib.

O qeyd edib ki, ilk həmlə saat 14.30-da İdlib əyalətinin Carcanaz qəsəbəsində 7 pikap tipli avtomobilə quraşdırılmış iriçaplı silahlardan olub: “Qanunsuz silahlı dəstənin 50-yə yaxın üzvü raket sistemlərindən istifadə edərək hökumət qüvvələrinin mövqelərini kütləvi atəşə tutublar. Hücum dəf edilib, yaraqlılar öz mövqelərinə çəkiliblər”.

Y.Borenkov əlavə edib ki, yaraqlıların ikinci həmləsi saat 15:30-da olub: “İkinci dəfə 60 nəfər yaraqlı İdlib əyalətinin Et-tax bölgəsində 10 pikap tipli avtomobilinə quraşdırılmış ağır çaplı pulemyotlardan atəş açıblar. Hücum artilleriya atəşi ilə dəf edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR