Suriyada məscid yaxınlığında iki partlayış baş verib, 1 nəfər ölüb

Suriyada məscid yaxınlığında iki partlayış baş verib, 1 nəfər ölüb
# 19 iyul 2020 08:30 (UTC +04:00)

Bazar gününə planlaşdırılan Parlament seçkiləri ərəfəsində - iyulun 18-də axşam saatlarında Suriyanın paytaxtı Dəməşqdə iki partlayış baş verib.

APA xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, hər iki partlayış Nahr-Aişa məhəlləsindəki Anis ben Malek məscidinin yaxınlığında baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Polis partlayışın baş verdiyi ərazini nəzarətə götürüb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR