Suriyanın Homsdakı aviabazasına dronlardan raket zərbələri endirilib

Suriyanın Homsdakı aviabazasına dronlardan raket zərbələri endirilib
# 15 yanvar 2020 07:18 (UTC +04:00)

Suriyanın Homs əyalətindəki T4 hərbi hava limanına dronlar vasitəsilə raket zərbələri endirilib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, Suriyanın hərbi hava qüvvələri bu hücumların qarşısını ala bilib.

Yerli dövlət televiziyasının məlumatına görə, dron və bir sıra raket mərmiləri ordu tərəfindən zərərsizləşdirilib.

Lakin aviabazaya hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, İsrail Suriyadakı İranın dəstəklədiyi qruplaşmaları dəfələrlə bombalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR