Tailand vətəndaşı ikinci dəfə koronavirusa yoluxub

Tailand vətəndaşı ikinci dəfə koronavirusa yoluxub
# 09 aprel 2020 16:42 (UTC +04:00)

Tailand vətəndaşı ikinci dəfə koronavirusa yoluxub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Tailandın Çayyaphum əyalətinin Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, martın əvvəlində xarici ölkədən qayıdan 38 yaşlı bir qadın xəstələnib və martın 12-də Banqkokda həkimə müraciət edib. Ondan koronavirus üçün analiz götürülüb və nəticə müsbət çıxıb. Virusa yoluxan şəxs iki həftədən çox paytaxt xəstəxanalarından birində müalicə alıb və sağalıb.

Üç dəfə COVID-19 analizinin nəticəsi mənfi çıxdıqdan sonra evə buraxılıb.

Həmin şəxs aprelin 4-də yenidən soyuqdəymə əlamətləri ilə həkimə müraciət edib.

Koronavirus analizinin nəticəsi müsbət çıxan qadın yenidən əyalət xəstəxanalarından birinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR