“Taliban” 22 əfqan hərbçini və polisi azad edib

“Taliban” 22 əfqan hərbçini və polisi azad edib
# 12 iyun 2020 19:14 (UTC +04:00)

Radikal “Taliban” hərəkatı 22 əfqan hərbçini və polisi əsirlikdən azad edib.

APA-nın “RİA Novosti”yə istinadən veridiy xəbərə görə, bu barədə hərəkatın Qətərdəki rəsmi ofisinin nümayəndəsi Suheyl Şahin “Twitter”də yazıb.

O, hərəkatın keçmiş məhbuslara maliyyə yardımı etdiyini də vurğulayıb.

“Taliban” rəhbərliyi bunun müqabilində ABŞ-la əldə edilən razılığa əsasən, Əfqanıstan hakimiyyətindən beş min talibançının azad edilməsini tələb edir.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Bu saziş əsasında Əfqanıstandakı qüvvələr arasında danışıqlar martın 10-dan başlamalıydı. Qarşılıqlı etimad yaratmaq məqsədi ilə həbsxanada olan 5 minə yaxın “Taliban” üzvü və "Taliban” tərəfindən əsir götürülmüş min nəfərə yaxın şəxs azad edilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR