Tehranda baş vermiş partlayışda 4 nəfər xəsarət alıb

Tehranda baş vermiş partlayışda 4 nəfər xəsarət alıb
# 14 avqust 2020 23:55 (UTC +04:00)

Tehranda yaşayış evlərinin birində partlayış baş verib. Partlayış sonradan yanğına çevrilib.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə dördmərtəbəli binada qeydə alınıb. Nəticədə azı 4 nəfər xəsarət alıb.

Ərazidə hazırda xilasetmə işləri aparılır. Partlayışın səbəbləri dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR