Tehranda koronavirusun üçüncü dalğası başlayıb

Tehranda koronavirusun üçüncü dalğası başlayıb
# 21 sentyabr 2020 10:37 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərində yeni növ koronavirus (COVID-19) pandemiyasının üçüncü dalğası başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranda koronavirusa qarşı qərargahın rəhbəri Əli Rza Zali deyib.

Onun sözlərinə görə, son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb.

“Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin bərpa edilməsi üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərmişik”, - deyə Əli Rza Zali qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR