Tehrandan İstanbula uçan təyyarə təcili eniş edib

Tehrandan İstanbula uçan təyyarə təcili eniş edib
# 26 yanvar 2020 02:40 (UTC +04:00)

İranın “Iran Air Tour” aviaşirkətinə məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş etməli olub.

APA “Mehr” agentliyinı istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının idarəetmə şirkətinin mətbuat katibi Əli Kaşani deyib.

“Tehran – İstanbul marşrutu üzrə hərəkət edən təyyarə müvəffəqiyyətlə Mehrabad aeroportuna enib”, - deyə Kaşani bildirib.

Onun sözlərinə görə, təyyarə İmam Xomeyni adına hava limanından havaya qalxıb, ancaq texniki nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub: “Sərnişinlərdən heç biri xəsarət almayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR