Terrorçular Suriya ordusunun İdlibdəki mövqelərinə hücum edib

Terrorçular Suriya ordusunun İdlibdəki mövqelərinə hücum edib
# 29 dekabr 2019 02:12 (UTC +04:00)

Suriyanın İdlib əyalətinin Carcanaz şəhəri bölgəsində terrorçular iki dəfə suriyalı hərbçilərin mövqelərinə hücum ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıq Mərkəzinin rəhbəri Yuri Borenkov bildirib.

Hökumət qüvvələri terrorçuların bütün hücumlarını dəf edib. Suriyalı hərbçilər arasında itki qeydə alınmayıb.

“Hücumların hər birində 50-dək terrorçu və ağır silahların quraşdırıldığı 5-6 avtomobil iştirak edib”, - deyə Borenkov əlavə edib.

Onun sözlərinə görə, hücumlar Deyr-Əl-Qabri – Meysruna və Maar-Şurin – Carcanaz istiqamətlərində aparılıb. Nəticədə 30-dək insan öldürülüb və ya yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR