Türkiyə Maliyyə Naziri Berat Albayrakın istefası tələbi qəbul edilib

Türkiyə Maliyyə Naziri Berat Albayrakın istefası tələbi qəbul edilib
# 09 noyabr 2020 23:22 (UTC +04:00)

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Prezidentinin səlahiyyəti çərçivəsində 2018-ci ildə Maliyyə naziri təyin edilən Berat Albayrakın indiyədək göstərdiyi fəaliyyət Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdir edilib.

“Məlum olduğu kimi 8 yanvar 2020-ci ildə Berat Albayrak sosial şəbəkə vasitəsilə səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb. Prezidentimiz bu tələbi dəyərləndirərək istefa ərizəsini qəbul edib”, deyə açıqlamada bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR