Türkiyə Quru Qoşunlarının sabiq komandanının həyat yoldaşı da koronavirusdan ölüb

Türkiyə Quru Qoşunlarının sabiq komandanının həyat yoldaşı da koronavirusdan ölüb
# 08 aprel 2020 18:47 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalmanın həyat yoldaşı Berna Yalman da koronavirusdan vəfat edib.

APA-nın yerli bürosunun DHA-ya istinadən verdiyi xəbərə görə, B. Yalman bir müddət idi koronavirusdan müalicə olunurdu.

Xatırladaq ki, ötən ay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalman 79 yaşında koronavirusdan vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR