Türkiyə Səhiyyə naziri: “İrandan gələn sərnişinlərdə koronovirus aşkarlanmayıb”

Türkiyə Səhiyyə naziri: “İrandan gələn sərnişinlərdə koronovirus aşkarlanmayıb”
# 26 fevral 2020 03:10 (UTC +04:00)

“İrandan gələn sərnişinlərin səhhətində koronovirus və ya hər hansı bir yoluxucu xəstəlik, tənəffüs sistemlərində təhlükəli hal aşkarlanmayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Ankarada Zəkai Tahir Burak və Bilkənt Kliniki Müşahidə Məntəqəsində nəzarətdə saxlanan həmin şəxslərdən götürülən ilkin analiz nəticələrinin mənfi olduğu müəyyənləşib.

132 sərnişindən yalnız 4-nün soyuqdəymə ilə əlaqədar narahatlıqları olduğunu qeyd edən nazir təyyarədəki ekipajla birgə 140 nəfərin 14 gün nəzarətdə saxlanılacağını bildirib.

İrana yalnız Türk Hava Yollarının deyil, bütün uçuşların ləğv edildiyini deyən Fəxrəddin Qoca hazırda İranda qalan, qayıtmaq istəyən Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsinin mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən gün Tehran-İstanbul təyyarəsi yeni koronavirus şübhəsiylə bağlı Ankaradakı Esenboğa Hava limanına eniş edib. Təyyarədə 132 sərnişindən 17-nin hərarəti normadan yüksək olduğuna görə onların koronovirusa yoluxduğu ehtimal edilib. Koronavirus şübhəsi olan şəxslər Ankarada Zekai Tahir Burak Xəstəxanasında karantinə alınıb. Sərnişinlər arasında İranda koronovirusun aşkarlandığı Qum və Məşhəd şəhərlərindən gələnlər də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR