Türkiyə prezidenti Dohada Qətər əmiri ilə görüşüb

Türkiyə prezidenti Dohada Qətər əmiri ilə görüşüb
# 03 iyul 2020 03:10 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Hamad Al Tani ilə İnci Sarayında görüşü olub.

APA-nın “Anadolu”ya istinadən verdiyi məlumata görə, görüş mətbuat nümayəndələrinin iştirakı olmadan üç saat davam edib.

Səfərdə Rəcəb Tayyib Ərdoğanı Türkiyənin Kommunikasiya direktoru Fahrettin Altun, prezidentin sözçüsü İbrahim Kalın və Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Qeyd edək ki, bu, Ərdoğanın koronavirusun başlanğıcından bəri ilk xarici səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR