Türkiyə prezidenti baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib

Türkiyə prezidenti baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib
# 25 yanvar 2020 02:24 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib.

APA-nın CNN Türk-ə istinadən verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanları səfərbər edilib.

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini deyib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR