Türkiyə və Əfqanıstan XİN başçılarının telefon danışığı olub

#
# 17:02
15 aprel 2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun əfqanıstanlı həmkarı Hanif Atmar arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, nazirlər İstanbul konfransı ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki. 24 aprel - 4 may tarixləri arasında Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında yüksək səviyyəli konfrans keçiriləcək. Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatçılığı ilə keçiriləcək konfransa İstanbul ev sahibliyi edəcək. Konfransda siyasi həll üçün yol xəritəsinin yaradılması və toqquşmalara son verilməsi ilə bağlı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR