Türkiyədə bir gündə 62 mindən çox insanda COVID-19 aşkarlanıb, 279 nəfər ölüb

#
# 20:37
14 aprel 2021

Türkiyədə son sutkada 62 797 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 279 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir.

Hazırda ölkə üzrə 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 025 557 3 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 480 146 müalicə olunaraq sağalıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR