Türkiyədə bu gün 340 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 340 nəfər COVID-19-dan həyatını itirib
# 02 may 2021 21:00 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 340 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 240 145 nəfər test edilib, onlardan 25 980-nin koronavirus testi pozitiv nəticə verib, 75 182 nəfər sağalıb, 3 532 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 844 nəfər ölüb.

Türkiyədə indiyədək 4 875 388 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 480 381-i müalicə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR