Türkiyədə daha 9 nəfər koronavirusdan dünyasını dəyişib, ölü sayı 30-a yüksəlib

#
# 23:23
22 mart 2020

 

“Türkiyədə son bir gündə koronavirusdan 9 nəfər həyatını itirib, daha 289 nəfərdə isə koronavirus aşkarlanıb”.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30-a çatıb. Ölkə üzrə virusa ümumilikdə 1256 nəfər yoluxub. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR