Türkiyədə indiyədək 5 milyondan çox insan COVID-19 testindən keçib

Türkiyədə indiyədək 5 milyondan çox insan COVID-19 testindən keçib
# 07 avqust 2020 21:57 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 56 726 şübhəli koronavirus testindən keçib, onlardan 1185-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 586 nəfər olub, 1028 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 238 450 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5813 nəfər ölüb.

İndiyədək 5 milyon 138 min 528 nəfər COVID-19 testindən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR